Sosial
"Azərsu" sədri əhaliyə verilən suyun keyfiyyətindən DANIŞDI: İldə bir dəfə...
Əvvəllər 500 nöqtədən su nümunəsi götürə bilirdik. Sonradan su nümunələri götürdüyümüz mənbələrin sayını 2300-ə, analizlərin sayını 172 minə çatdırdıq. Laboratoriya tikdiyimiz üçün problemli yerləri müəyyən etməklə suyun keyfiyyətini yaxşılaşdıra bildik. Deyə bilərəm ki, hazırda əhaliyə verilən su bütün standartlara cavab verir.
Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərsu ASC-nin sədri Qorxmaq Hüseynov bildirib.
O qeyd edib ki, şəhərin bütün nöqtələrində su tam nəzarətdədir: “İctimai obyektlər, məktəblər, uşaq bağçaları müəyyənləşib. Digər mənbələr də daim nəzarətdə saxlanılır. Yalnız kooperativ binalarla bağlı bəzi problemlər qalmaqdadır. Məsələ ondadır ki, hər bir kooperativ binanın su anbarı ildə ən azı bir dəfə yuyulmalıdır. Çox təəssüf ki, onlar bunu diqqətə almırlar. Biz bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Onu da demək istəyirəm ki, bir sıra hallarda “Azərsu”nun suyunu su istehsal edən şirkətlər anti-reklam vasitəsinə çeviriblər. Ancaq su filtrləri özü çirklənmə mənbəyinə çevrilib. Yaxınlarımızdan biri 20 litrlik su almışdı. Mənə dedi ki, sizin suyunuz çox keyfiyətsizdir. Biz həmin əraziyə verilən suyu yoxladıq. Məlum oldu ki, kooperativ binadır, ora 5 ildir təmizləyici quruğu qoyublar, bir dəfə onun filtrini dəyişməyiblər. “Azərsu" ASC suyun keyfiyyəti ilə bağlı bütün lazım olan işləri həyata keçirir”.
Səxavət
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





