Sosial
Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək
Şəhərdə yağış yağanda subasma halları müşahidə olunur. Burada çox səbəblər var: vətəndaşların subasma ərazilərində, göl olmuş ərazilərdə ev tikmələri və sair. Kanalizasiya layihəsi sistemlərinin tam başa çatmaması da bir səbəbdir.
Publika.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yağışlı havalarda Bakının bəzi ərazilərini su basması ilə bağlı suala cavab verərkən deyib.
O qeyd edib ki, o tip yağışlar üçün dünyanın heç bir yerində infrastruktur qurulmayıb: “Biz bu il 5 kritik yer müəyyənləşdirmişik. 2011-ci ildə kəskin yağışlardan sonra bir monitorinq apardıq və müəyyən işlər gördük. Şəhər surətlə inkişaf edir, torpaq qatı azalır. Asfaltla örtülür. Bu da torpağın su qurutmaq qabiliyyətini azaldır. Bundan əlavə, kanalizasiyalara yad tullantılar atılır. Xüsusilə məişət və ticarət müəssislərindən tullantılar atılır. Xətt tam gücü ilə işləyə bilmir. Xüsusilə yağışları daşıyan xətlər çox yüklənir. Xırdalanda toplanan Biləcəriyə, Hövsana danışır. Xətlərin yüklənməsinə əhalinin çoxalması da səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.
"Azərsu" rəsmisi deyib ki, gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
