Sosial
“Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt zavodumuz yoxdur - Sədr
İnsanlarda haqlı olaraq belə bir fikir formalaşıb. Burada haqsızlıq görmürəm.
Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “İnsanlarda “Azərsu” gəldi, qazdı, getdi. Qazdığı yerlər asfaltlanmır fikri formalaşıb. Bununla bağlı nə deyə bilərsiniz” sualına cavab olaraq bildirib.
O qeyd edib ki, “Azərsu”nun işi baş vermiş qəzanı aradan qaldırmaq üçün mütləq həmin yeri qazmaq və təmir işləri aparmaqdır: “Bunun başqa yolu yoxdur. Mütləq qazılmalıdır. İlk növbədə məsuliyyət bizim üzərimizdədir, amma “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” fikri də düzgün yanaşma deyil. Nəzərə alın ki, bizim asfalt zavodumuz yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yer qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. Agentliyin də o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini asfaltlasın. Bununla belə, biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA bu işlərin həyata keçirilməsi üçün lokal maşınlar alıb”.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
