Sosial
Məhəmməd peyğəmbərin mövludu ilə bağlı tədbir keçirildi - FOTO
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçığı ilə Bakıda Məhəmməd peyğəmbərin (s.ə.s) mübarək doğum həftəsi münasibətilə tədbir keçirilib.
Publika.az-a birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ azanı” səsləndirilib. Sonra Milli Dirçəliş Günü münasibətilə müqəddəs vətən şəhidləri dualarla anılıb.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir müsəlman dünyası yaradılmışların ən əşrəflisi olan əziz İslam peyğəmbərinin mübarək doğum gününü vəhdət həftəsi olaraq qeyd edirlər: “Azərbaycan xalqı da yüz illərdir ki, peyğəmbərimizə, onun sevgili ev xalqına öz sevgi və ehtiramını göstərməkdədir. Ölkəmizdə birlik və bərabərliyimizin, dini mühitmizdə hökm sürən tolerant münasibətlərin mühafizə olunmasında peyğəmbər və onun əhli-beytinin mənəvi dərsləri danılmazdır. Qürurverici haldır ki, vətənimizdə mənəvi dəyərlərimizin həqiqi himayəçisi Azərbaycan dövlətidir”.
Təşkilat sədri söyləyib ki, vəhdət həftəsi günlərində dünya dini liderlərinin Bakıda Dünya dini liderlərinin II Sammiti bir daha ölkəmizin beynəlxalq arenada artan nüfuzunun möhkəmlənməsinə mübarək səbəb oldu.
Qeyd edək ki, tədbirdə şəhidlərimizin pak ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub. Şəhidlərimizin əziz ruhuna ehsan süfrəsi təşkil olunub. Tədbirdə ölkənin bir qrup fəal xanımları iştirak edib.
Sonda təşkilatın sədri S.Əzimbəyli mübarək doğum həftəsi münasibətilə keçirdikləri tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə hər kəsə, o cümlədən “Cənnət ” MMC şirkətinə öz təşəkkürünü bildirib.
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU












.png)







.png)















