Sosial
Tərtərdə unikal aksiya - FOTO
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Prezident İlham Əliyevin doğum günündə Tərtərdə unikal aksiya həyata keçirib.
Publika.az xəbər verir ki, birlik adıçəkilən rayonda yaşayan aztəminatlı, habelə şəhid, əlil və qazi ailələrinə yardım kampaniyası təşkil edib. Çox sayda aztəminatlı, şəhid, əlil və qazi ailələrinə Yeni il öncəsi bayram sovqatları paylanılıb.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli rəhbərlik etdiyi təşkilatın xeyriyyə aksiyalarının ənənəvi hal aldığını bildirib. O, birliyin təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın 24 dekabr tarixində keçirilməsinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb: "Çünki Prezidentimizin siyasətində aztəminatlı, şəhid, qazi və əlil ailələrənə böyük qayğı və diqqət xüsusi yer tutur. Biz də onlarla ailəyə sevinc bəxş edən belə aksiyalarımızla diqqəti bu istiqamətə yönəltməyə, az da ola Prezidentimizə dəstək olmağa çalışırıq. Bizim belə xeyriyyə aksiyalarımız artıq ənənəvi hal alıb. Budəfəki aksiyamızın Tərtərdə təşkil olunmasına göstərdiyi dəstəyə görə rayonun icra hakimiyyətinə, habelə maddi dəstək verdiyi üçün "Cənnət" MMC-yə dərin təşəkkürümü bildirirəm".
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli belə xeyriyyə tədbirində iştirakdan məmnunluğunu ifadə edib. O, aztəminatlı, şəhid, əlil, qazi ailələrini tapdıqlarını, onlara imkanları daxilində dəstək olmağa çalışdıqlarını söyləyib: "Hesab edirəm ki, hər bir işi dövlətin üzərinə atmaq olmaz. Biz də öz növbəmizdə bu ailələrə az da olsa köməklik göstərməklə dövlətimizin, Prezidentimizin bu istiqamətdəki siyasətinə cüzi də olsa dəstək verməyə çalışırıq. Bunu özümzün müqəddəs vəzifəmiz hesab edirik. Bu ailələrin sevinməsi, hər bir Azərbaycan vətəndaşından diqqət görməsi, bizləri öz yanlarında hiss etməsi çox vacib məqamdır. Az da olsa bu istiqamətdə faydamız olursa, nə gözəl. Uca Yaradan dövlətimizi, müstəqilliyimizi əbədi etsin, Prezidentimizi qorusun!".
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ

















.jpg)


















