Sosial
65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı
Yaşı 65-i ötmüş tənha yaşayanlara evlərində hansı istiqamətlərdə xidmətlərin göstəriləcəyinin detalları açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, evdə olduqları karantin dövründə onlara nazirliyin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək.
Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.
Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.
Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq.
Sosial xidmətçilər lazımi qoruyucu vasitələrlə təmin olunacaqlar. Onlar tərəfindən bu xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçiriləcək.
Qeyd edək ki, ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur.
Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı








.jpg)


.png)





.jpg)




.jpg)

.jpg)











