Sosial
Lerikdə 59 yaşlı müəllimindən hamilə qalan məktəblidən YENİ XƏBƏR: Uşağını... - VİDEO
Video əlavə olunub.
***
Xəbər verdiyimiz kimi, aprelin 6-da Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüdü 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüdü 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi bildirilirdi.
Məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.
Publika.az olaraq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə əlaqə saxladıq.

İctimai Birliyin sədri qeyd etdi ki, bu məsələdə ilk növbədə məktəblinin təhlükəsizliyi təmin olunacaq: "Cinayət işi ilə bağlı proses həyata keçiriləcək. Uşağın doğulub, doğulmamağı məktəblinin qərarından asılı olacaq. Körpə 6 aylıq olduğu üçün yəqin ki, dünyaya gələcək. Daha sonra məktəblinin intellekti imkan versə, təhsili və peşəsi ilə bağlı müəyyən işlər görüləcək. Sənədləri olsa, peşə məktəbinə qoymaq olar. Azyaşlı olduğuna görə sığınacaqda iki il qalacaq.
Hələ ki, qızı görmədiyimiz üçün tam ətraflı danışa bilmirəm. Bu tip hadisələrdə əsasən həmin şəxs tibbi müayinədən keçirilir. Psixoloji və hüquqi yardım göstərilir. Hamiləlik dövründə lazımi tibbi tədbirlər görülür. Hüquqi məsələlərlə bağlı vacib başqa işlər varsa, qaydasına salınır. Hələ ki, istintaq dövrüdür. Vəkillər Kollegiyası ilə danışıqlar gedəcək ki, müdafiəsi üçün vəkil ayrılsın.
Uşaq doğulandan sonra biz məktəblinin üzərində tam çalışacağıq. Təhsili və öz üzərində çalışmalı olduğu məsələləri izah edəcəyik. Amma bu vəziyyətdə arzuolunmayan uşaq olduğu üçün bilmirik ki, körpəni qəbul edəcək, ya yox. Nümunə üçün, bizdə oxşar hadisəni yaşayan bir şəxs qətiyyən uşağa yaxın getmədi. Atası həmin uşağı dövlət müəssisəsinə verdi. İndidən fərziyələr yürütmək doğru deyil. Biz həmin məktəblini gördükdən sonra intellektinə uyğun hərəkət edəcəyik".
Məhərrəm Əliyev,
Video: Sevinc Xanqızı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
