Sosial
İcazə xidməti ilə bağlı MÜHÜM YENİLİK - Bu gündən qüvvəyə minir/VİDEO
Video əlavə olunub.
xxx
"İcaze.e-gov.az"da yeni xidmət yaradılıb.
Publika.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəhbəri bildirib ki, təşkilatlar icazəni portala daxil etdiklərində və ya icazə dayandırılanda bəzən bununla bağlı əməkdaşlarına ya məlumat vermirdilər, ya da bunu unudurdular. Bu isə əlavə problemlərə gətirib çıxarırdı. F.Cəfərov problemin aradan qaldırılması üçün yeni xidmətin yaradıldığını açıqlayıb:
"Belə olan halda həmin əməkdaşlar icazəsinin olmadığını polis postlarında öyrənirdi və cərimlənirdi. Bu olmasın deyə, icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində "Brcode" və "QR code" imkanları da yaradılıb. Sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həmin "QR code"ların xüsusi cihazlar vasitəsiylə oxudulmasıyla vətəndaşların daha sürətli şəkildə postları keçməsi təmin olunacaq. Bu, sabahdan qüvvəyə minəcək. My.gov.az-a artıq bildirişlər daxil olub, vətəndaşlar bunu görə bilərlər".
Video: Sevinc Xanqızı
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)


















.jpg)
.jpg)

