Sosial
Vahid jurnalist vəsiqəsi tətbiq olunmalıdır - Elçin Mirzəbəyli
Bir müddət öncə jurnalist həmkarlarımdan birinin götürdüyü açıqlamada vahid jurnalst vəsiqələri ilə bağlı fikirlərim yanlış söz və cümlə seçimi ilə təqdim olunduğu üçün bu önəmli məsələyə təkrar toxunmaq istəyirəm.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, jurnalist vəsiqələrindən sui-istifadə halları, media sektoruna aidiyyatı olmayan, yaxud hazırda fəaliyyət göstərməyən qurumların sağa-sola vəsiqə paylamalarının qarşısı aşağıdakı mexanizmlərlə alına bilər:
- vahid jurnalist vəsiqəsinin tətbiqi;
- jurnalistlərin vahid kadastrının yaradılması və elektron hökumət portalına inteqrə edilməsi;
- jurnalist vəsiqələrində şəxsin özü, çalışdığı media qurumu, əmək müqaviləsi və s. haqqında məlumatların yer aldığı QR kodların yerləşdirilməsi (Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə verilən vəsiqələrdə bu mexanizmdən istifadə olunub və daha da təkmilləşdirilməsi mümkündür);
- KİV-lərin internet saytlarında əməkdaşlar haqqında məlumatların və onlara verilən vəsiqələrin surətinin yer aldığı xüsusi bölmənin yaradılması”.
Elçin Mirzəbəyli hesab edir ki, bu və digər mexanizmlərin tətbiqi vasitəsilə problemi qısa bir zaman ərzində həll etmək mümkündür. Onun fikrincə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumət Portalının mütəxəssisləri bu işin öhdəsindən qısa zamanda gələ bilərlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
