Sosial
Əmək müqaviləsinə xitam verilmiş 700-dən çox şəxs işə bərpa edildi
Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.
Nəzarət tədbirləri çərçivəsində sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir.
Eyni zamanda, ciddi səbəblər olmayan xitam halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulur. Sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması ilə bağlı onlara tövsiyələr verilir.
Bu sahədə işəgötürənlərlə artıq müsbət əməkdaşlıq təcrübəsi mövcuddur. Xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinin həllində sosial həmrəylik təşəbbüslərini dəstəkləyən işəgötürənlər tərəfindən bu tövsiyələr də nəzərə alınır.
Ümumilikdə, Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)


















.jpg)
.jpg)

