Sosial
Bakıda tarixi qəbiristanlıq baxımsız vəziyyətdədir - VİDEO
Bakının Maştağa qəsəbəsindəki tarixi Məhmət Bağır qəbiristanlığı illərdir ki, baxımsız vəziyyətdədir. Qurunt sularının səthə çıxması ilə məzarlar suyun altında qalıb. Böyük qəbiristanlığın bir hissəsi qamışlığa çevrilib. Sakinlər, yaxınlarının məzarlarının qamışlığın içərisində itbat olmasından narahatdırlar.
Solmaz Cəfərova 3 ildir ki, həftədə bir dəfə bacısının məzarına gələrək qəbrin ətrafındakı xırda qamışları təmizləyir. Əks halda digər 100 dən çox məzar kimi onun ailə üzvünün də qəbri qamışlığın içində itib batacaq.
Bura Sabunçu rayonu Maştağa qəsəbəsinin əsas qəbirstanlıqlarından biridir. Ətrafdakı qamışlıq və bataqlığı gördükdə buranın qəbiristanlıq olduğunu düşünmək olduqca çətindir.
Solmaz Cəfərova deyir ki, qamışlıq kimi görünən bu ərazidə 100 dən çox məzar daşı itib batmaq təhlükəsindədir.
Maştağa sakinləri deyir ki, qəbirstanlığın su basma problemi illərlədir ki var. Əvvəllər su matorlarla çıxarılırdı. Hazırda isə 1 su matoru buna kifayət etmir.
Sakinlər deyir ki, problemlə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Lakin illərdir ki, həll edilmir. Beləliklə tarixi Məhmət Bağır qəbiristanlığı özü tarixə gömülür.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
