Sosial
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
1 iyunun Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb
Publika.az xəbər verir ki, həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. 1954-cü ildə BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən bu günün 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunub.
Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da keçirilir.
Uşaqlarla bağlı bəyannamədə yazılır: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şəkildə təmin etsin".
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci ildə sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il Uşaq ili elan olunub.
Qeyd edək ki, Uşaqları Beynəlxalq Müdafiə günü ilə yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar günü də qeyd edilir.
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO






























.jpg)



