Sosial
Bakıda bu mərkəz koronavirus yayır – SOS
36 yaşlı qızım Narınc Psixologiya Mərkəzində koronavirusa yoluxub.
Bu barədə Axar.az-a sözügedən mərkəzdə virusa yoluxan və hazırda karantində saxlanılan xəstənin anası İradə Hümbətova bildirib.
Şikayətçi qeyd edib ki, mərkəzdə heç bir gigiyenik qaydalar gözlənilmir, tibbi maska taxılması kimi ən adi qorunma qaydalarına riayət olunmur. İ.Hümbətova hazırda koronaviruslu xəstələrin saxanıldığı yerdə müalicə alan qızının infeksiyaya Narınc Psixologiya Mərkəzində yoluxmasına əmin olduğunu bildirib:
“Karantin müddətində qızım bir dəfə də harasa getməyib. 3 azyaşlı uşağı olduğu üçün yayılan xəstəliyi nəzərə alaraq, heç yerə çıxmır. Kiçik nəvəmi də karantin yumşaldılmalarından sonra açılan Narınc Psixologiya Mərkəzinə avtomobillə aparıb-gətirir. Yəni ictimai nəqliyyatdan da istifadə etmir. Nə market, nə də mağazaya gedib bu müddət ərzində. Narınc Psixologiya Mərkəzinə getdiyi ilk gündən mən oradakı vəziyyətdən narazı idim. Mərkəzə daxil olanda heç kəsin qızdırması ölçülmür, maska taxmaq tələb edilmir, heç bir sosial məsafə gözlənilmir. Mərkəzin girəcəyində əllərin dezinfeksiya edilməsi üçün spirt qoyulub, onu da ancaq diqqət etsəniz görə bilərsiniz. Mərkəzin foyesi müalicə üçün gələn valideynlər və uşaqlarla dolu olur. Ancaq məsafə saxlanılması üçün xəbərdarlıq edilmir. Qızım pandemiya dövründə həmişə maska taxıb. Ora gedib-gəldikdən sonra qızdırması olub, nəfəs ala bilməyib, boğulma başlayıb, dadbilmə və iybilmə qabiliyyətini itirib. Analizlərin nəticəsi pozitiv çıxdıqdan sonra təcili yardım gəlib aparıb qızımı”.
İ.Hümbətova bildirib ki, bununla əlaqədar Narınc Psixologiya Mərkəzinin həkimlərinə də məlumat verib:
“Qızım deyir ki, uşaqla məşğul olan psixoloq belə maskadan istifadə etmirdi. Qızımın nəticələri pozitiv çıxanda mən nəvəmin həkiminə bunu bildirdim. Həkim mənə deyir ki, bu məlumatı yaymayın, yoxsa gəlib mərkəzi yenə bağlayarlar, siz də burada müalicə alan uşaqların günahına batarsınız. Mən onlara izah edə bilmirəm ki, ora infeksiya mənbəyidir. Qızım orada yoluxub bu virusa, bəlkə elə mənim qızımdan da kiməsə keçib, bəlkə hansısa uşaq da yoluxub? Bir tədbir görülməlidir axı. Mənim qızım yoluxub, istəmirəm başqasının da balası, körpəsi yoluxsun. Vəziyyət daha da ağır ola bilər”.
Şikayətçi bildirib ki, mərkəzdə nəzarət kameraları var və həmin kameralar vasitəsilə məsafə qorunmadığı, gigiyenik qaydaların gözlənilmədiyi müəyyən edilə bilər.
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...









.jpg)



.png)







.jpg)

.jpg)











