Sosial
Şöbə rəisi işdən çıxarıldı - Karantini pozduğu üçün
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur.
Qurumdan Publika.az-a verilən məlumata görə, həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır. Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur. Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür. Pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub. O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi














.jpg)


















.jpg)


