Sosial
Nazirlik 6 uşaqlı ailə ilə bağlı məlumat yaydı
Sosial şəbəkə səhifələrinin birində Sabunçu rayon sakini Mələk Həsənovanın maddi probleminin olması və həyat yoldaşı İsmayıl Həsənovun karantin səbəbilə iş tapmaqda çətinlik çəkməsi ilə bağlı yayılan məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Publika.az-a bildirib ki, ona və həyat yoldaşına əmək müqaviləsi ilə haqqı ödənilən ictimai işlər barədə məlumat verilib və bu işlərə cəlb olunmaları təklif edilib.
İsmayıl Həsənov aktiv VÖEN istifadəçisidir və hazırda məşğul şəxs hesab edilir.
Mələk Həsənova isə ictimai işdə çalışmağa razılıq verib və Məşğulluq mərkəzinin əməkdaşları tərəfindən qeydiyyata alınıb. O, yaxın günlərdə əmək müqaviləsi əsasında bu işdə çalışacaq.
Həmçinin Mələk Həsənovaya 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 55 manat məbləğində aylıq müavinət təyin olunduğu, onun da 6 uşaqlı ailəsinə ümumilikdə 330 manat müavinət veriləcəyi bildirilib.
Eyni zamanda, ailənin hüququ yaransa da indiyədək müraciət etmədiyinə görə ödənməmiş həmin müavinətin qanunvericiliyə uyğun olaraq Mələk Həsənovanın ailəsinə tam ödənilməsi təmin olunacaq.
Ailəyə ünvanlı dövlət sosial yardımı almaq huququna baxılması üçün müraciət edə biləcəyi də bildirilib və bununla bağlı prosedur izah edilib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)



















.jpg)
.jpg)

