Sosial
Növbəti mərhələlərdə yumşalmalar tədricən olacaq - RƏSMİ
Bir çox hallarda Azərbaycanı müxtəlif ölkələrlə müqayisə edirəm. Sosial şəbəkələri izləyib, şərhləri oxuyuram.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Təəssüf ki, həqiqəti əks etdirməyən şərhlər yazılır. Bəziləri hələ də virusun varlığını danır. Bəziləri iddia edir ki, bütün ölkələrdə karantin ləğv olunub, yalnız Azərbaycanda qalıb. Bu, çox yanlış fikirdir. Karantin ləğv olunan ölkələrdə yoluxma sayı artıb. Məsələn, İsrail çimərlik mövsümünü açdı və orada yoluxma halları artdı", - o bildirib.
Ş.Mövsümov qeyd edib ki, açıq havada fəaliyyət göstərən kafelərdə yoluxma halı daha azdır:
"Biz 5 avqustdan sonra yumşalmalara gedə bilərik. Bütün kafelərin, ticarət obyektlərinin açılması riskləri nəzərə almaqla baş tutacaq. Mən istəməzdim ki, yenidən sərt karantin rejiminin tətbiqinə məcbur olaq. Sadə qaydalara riayət etməklə koronavirusa qalib gələ bilərik".
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

