Sosial
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı - - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.
Publika.az xəbər verir ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəmimatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibəti ilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.
Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


