Sosial
Çimərliyə spirtli içki gətirənlər yaxalandı - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və müvafiq qurumların nümayəndələri çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədilə gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar.
BŞİH-dən Publika.az-a verilən məlumata görə, reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür.
İctimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanıb, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.
Həmçinin “Şıx” çimərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıları həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilib.
Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb, onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcək.
Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)
















.jpg)
.jpg)

