Sosial
Qadın Konsensus Mərkəzi yeni layihənin icrasına start verdi
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə koronavirusla mübarizəni gücləndirmək məqsədilə "Evdə qal, ətrafını qoru" adlı layihənin icrasına start verib.
İctimai Birlikdən saytımıza verilən məlumata görə, 3 ay davam edəcək layihə çərçivəsində Facebook sosial şəbəkəsində "evdə qal, ətrafını qoru" adlı səhifə yaradılacaq. Səhifədə koronavirusla mübarizə məqsədilə müxtəli mövzularda məlumatlar, video və fotoşəkillər yerləşdiriləcək. Səhifə moderator tərəfindən idarə olunacaq.
Həmçinin bu mərhələdə pandemiya üzrə ayrılmış xəstəxanalardan reportajlar hazırlanacaq və elektron portallar vasitəsilə yayımlanacaq. O cümlədən, ekspertlərdən müsahibələr götürürləcək, müvafiq informasiyalar saytlarda yerləşdiriləcək. Materiallar peşəkar jurnalistlər tərəfindən hazırlanacaq. Həm sosial şəbəkədəki səhifə, həm də elektron portallar üçün hazırlanmış material ekspert tərəfindən yoxlanıldıqdan sonra işıqlandırılacaq.
Eyni zamanda layihə boyunca həyata keçirilən tədbirlər barədə informasiya xidməti press-relizlər hazırlayaq mediada işıqlandırılmasını təmin edəcək.
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı

































.jpg)


