Sosial
Şəkidə Reabilitasiya Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.
Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edən V.Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində də ardıcıl işlər aparılır. 2019-cu ildə nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Nazir müavini 2020-ci ildə bu istiqamətdə tədbirlərin davam etdirildiyini deyib. V.Nəsirli diqqətə çatdırıb ki, bu ayın 11-də Lənkəran şəhərində də Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir reabilitasiya müəssisəsi Şəki şəhərində açılır. Cari ildə həmçinin Sumqayıt, Şirvan, Xaçmaz şəhərlərində Reabilitasiya Mərkəzləri, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək. Uşaq reabilitasiya sisteminin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu il Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzlərinin açılması da nəzərdə tutulub. Beləliklə, 2020-ci ildə ümumilikdə nazirliyin 8 reabilitasiya müəssisəsinin açılması planlaşdırılıb. Bu da reabilitasiya xidmətləri ilə əhatə olunanların illik sayının iki dəfə artaraq 28 minə çatmasına imkan verəcək.
E.Usubov əlilliyi olan şəxslər üçün yeni reabilitasiya müəssisələrinin, həmçinin Şəkidə belə bir müasir tələblərə uyğun Mərkəzin istifadəyə verilməsinin Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarına göstərilən xüsusi qayğının daha bir əyani təzahürü olduğunu vurğulayıb. O, Şəki rayonunda sosial sahədə aparılan işlər barədə məlumat verib.
Tədbirdə əlilliyi olan şəxslər ölkəmizdə həssas əhali qruplarına göstərilən dövlət qayğısından, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılmasından razılıqla bəhs edərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı müəssisə limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya və s. aparatlarla və avadanlıqlarla da təchiz edilib. Burada Şəki və ətraf rayonlar üzrə il ərzində 800 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
-
Region02:12Nəhəng vulkan 700 min ildən sonra “oyanır”
-
Qarabağ 00:30Suqovuşan yolundan eksklüziv görüntülər - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, sizə xoşbəxtlik gətirəcək
-
Hadisə27 Noyabr 23:12Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır
-
ABŞ27 Noyabr 22:12Şiddətli zəlzələ Alyaskanı SİLKƏLƏDİ
-
İdman27 Noyabr 21:36Ronaldo döyüş promosyonunun ORTAQ SAHİBİ OLDU
-
Magazin127 Noyabr 21:00“Yaxşı ana deyiləm, amma ərimə...”
-
Sosial27 Noyabr 19:20Həmin ərazidə metan qazı aşkar edildi: Yeni qərar veriləcək - FOTO

























.jpg)





_(3).jpg)





