Sosial
Dini ayinləri kütləvi şəkildə icra etmək tövsiyə olunmur - İlahiyyatçı
“Bildiyiniz kimi, bütün ölkələrdə, o cümlədən Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri davam etdirilir. Belə bir vəziyyətdə xalqımızın sağlamlığını qoruması, məhdudiyyət tədbirlərinə əməl etməsi xüsusilə vacibdir”.
Bu sözləri ilahiyyatçı İbrahim Məmmədov Publika.az-a açıqlamasında deyib. Din xadimi məscidlərin bağlı qalmasının, Aşura ayinlərinin kütləvi şəkildə keçirilməsinə qoyulan qadağa və onun səbəblərini izah edib:
“Sağlamlığımızı qorumaq dinimizin göstərişlərindən biridir. Odur ki, hazırkı vəziyyətdə müxtəlif dini ayinləri kütləvi şəkildə icra etmək tövsiyə olunmur. Kütləvi şəkildə yığışmamalıyıq, əks halda bu, virusun yayılma riskinin artmasına səbəb olacaq. Koronavirus yoluxmalarının davam etdiyi bir şəraitdə Aşura mərasimlərinin kütləvi icrası yolverilməzdir, səhhətimizi bilərəkdən təhlükəyə atmaq dini baxımdan da qəbul edilmir.
Məscidlərin açılmasını və Məhərrəmlik ayinlərinin keçirilməsini əlbəttə ki, biz də istərdik. Lakin unutmamalıyıq ki, “Qurani-Kərim”də “Özünüzü öz əllərinizlə təhlükəyə atmayın” deyə buyrulur. İmam Hüseyn sevərlərini anlayışlı olmağa səsləyir, ona evlərimizdə əzadarlıq keçirməyi və onlayn moizələri dinləməyi tövsiyə edirəm. İnanıram ki, xalqımız müvəqqəti olan bu qərarı anlayışla qarşılayacaq və bir-birimizin sağlamlığının keşiyində dayanacağıq”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


