Sosial
Bu mallara qoyulan limitlərə yenidən baxılmalıdır - Vüqar Bayramov
“Şəxsi istifadə üçün xaricdən gətirilən məhsullara tətbiq edilən güzəşt limitinin 3 dəfədən çox azaldılması məsələsinə yenidən baxılması və optimallaşdırılması daha məqsədəuyğun olardı”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda limitlərin kəskin endirilməsi nəzərdə tutulub:
“Nəzərə alsaq ki, 1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri ilə birdəfəlik sifariş 1000 dollardan 300 dollara endirilib, praktiki olaraq bu, 3 dəfədən çox azalma deməkdir. Dövlət Gömrük Komitəsinin arqumentləri ondan ibarətdir ki, şəxsi istehlak üçün sifariş verilən məhsullar daha sonra satışa çıxarılır, vergidən yayınır, nəticə etibarilə bunun izlənilməsi də çətin olur. Ona görə də biz Avropa İttifaqı ölkələrində olduğu kimi, şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını təklif edirik. Xüsusən belə malların satışına görə cərimələrin və inzibati məsuliyyətin ağırlaşdırılması da nəzərdə tutula bilər ki, şəxsi istehlak üçün gətirilən mallar daha sonra istehlak bazarında satılaraq vergidən yayınmasın. Amma biz təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli şəkildə olsun. Bütün hallarda limitin 3 dəfədən çox azaldılması məqsədəuyğun deyil. Limitlərə yenidən baxılması və optimallaşdırılması daha məqsədəuyğun olardı”.
Deputatın qənaətincə, limitlər mərhələli şəkildə dəyişdirilməlidir:
“Biz hər zaman istinad etdiyimiz - inkişaf etmiş və ya Avropa İttifaqına üzv ölkələrdə limitlərin çox nadir hallarda 3 dəfədən çox azaldılması və ya artırılması baş verir. Adətən, limitlər mərhələli şəkildə dəyişdirilməlidir ki, həm həmin fəaliyyətlə məşğul olanlar, həm də özləri üçün sifariş verənlər buna uyğunlaşsın. Bununla da limitlərin mərhələli azaldılmasının təsirlərini müəyyənləşdirmək mümkün olsun. O baxımdan optimal dəyişikliklərin edilməsi daha məqsədəuyğun olardı. Təklifimiz ondan ibarətdir ki, limitlərin belə kəskin azaldılması deyil, mərhələli şəkildə dəyişdirilməsi həyata keçirilsin. Bununla da, limitlərin dəyişdirilməsinin şəxsi istehlaka təsirlərini qiymətləndirmək mümkün olsun. Daha məqsədəuyğun olardı ki, Nazirlər Kabineti və eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlərin belə kəskin azaldılması həyata keçirilməyəydi. Düşünürəm ki, bu kontekstdən həmin limitlərə yenidən baxılıb optimallaşdırılması mümkündür”.
Qeyd edək ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanın gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.
Xatırladaq ki, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır