Sosial
Cəbhəyanı bölgələrdə 650 yeni ailə təsərrüfatı yaradıldı
Ərazilərimizin işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun şanlı Qələbələri, düşmənə vurduğu sarsıdıcı zərbələr bütün xalqımızda böyük ruh yüksəkliyi yaradır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi, mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli Ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.
Təkcə son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar. Onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib.
Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.
Yeni təsərrüfat sahibləri xalqımızı möhtəşəm Qələbələrə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərliyi ilə qüdrətli Ordumuzun əldə etdiyi zəfərlərlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub.
Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)



















.jpg)
.jpg)

