Sosial
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, videomüşavirədə Fondun sədri Himalay Məmişov bildirib ki, işçi qrupda təmsil olunan əməkdaşlar xidməti ərazilərindəki şəhid ailələri və müharibə iştirakçıları ilə görüşürlər.
İlk növbədə sosial vəziyyətləri öyrənilir, ehtiyac duyduqları sosial dəstək istiqamətləri müəyyən edilir, yaranan sosial təminat hüquqları izah olunur.
İşçi qrupun yaradılmasında əsas məqsəd şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsidir. Xüsusilə də şəhid ailələrinə sosial təminat növləri üzrə ödənişlərin təyin olunması üçün onların müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və təyinatlar həyata keçirilir.
Son günlər ərzində şəhid ailələrinin üzvlərindən artıq 500-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Proses davam edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
