Sosial
İtkin düşmüş hərbçilərin ailələrinə psixoloji dəstək verilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin post müharibə dövrü üzrə psixoloji dəstək tədbirləri itkin düşmüş hərbçilərin ailələrini də əhatə edir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, son günlərdə Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupları Bakı, Abşeron, Sumqayıt, Quba, Xaçmaz, Qazax, Gəncə, Tovuz, Şamaxı, Masallı, Füzuli şəhər və rayonları üzrə 19 itkin ailəsi ilə görüşüblər. Onlardan psixoloji yardıma ehtiyacı olan 13 ailə ilə müvafiq istiqamətdə işlər aparılır.
Bununla yanaşı, Agentlik şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini də davam etdirir. Ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar da keçirilir.
Qurumun “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) də müraciətlərin məzmununa uyğun olaraq vətəndaşları psixoloji dəstək yönümlü xidmətlərlə təmin edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
