Sosial
Şəhid ailəsinə təqaüd kartı təqdim edildi - FOTO
DOST mərkəzlərinin əməkdaşları da şəhid ailələri ilə görüşlərini davam etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, növbəti görüş olaraq, 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan, dövlət başçısının Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş Natiq Vahid oğlu Məmmədbəylinin ailəsində olublar.
Natiqin döyüşlər zamanı, xüsusilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətindən bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin həmişə qəlbimizdə yaşayacağı vurğulanıb.
Görüşdə şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və mərkəzin direktoru Emin Namazəliyev şəhidin valideynlərinə təqaüd kartlarını təqdim edib. Şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də ailəyə məlumat verilib.
DOST mərkəzləri postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyinatı, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi və s. istiqamətlərdə xidmətlər göstərib.
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
















.jpg)

















.jpg)

