Baş həkimdən çağırış: “Gəlin, vaksinasiya olunun”
Bizi izləyin

Sosial

Baş həkimdən çağırış: “Gəlin, vaksinasiya olunun”

“Sadə vətəndaşların vaksinasiyaya cəlb olunması üçün jurnalistlər və həkimlər xüsusi rol oynayırlar. Jurnalistlər mediada, mətbuatda, radio və televiziyada maarifləndirici materiallar hazırlamalıdırlar. Həkimlər isə xəstəxanaya gələn pasiyentlərlə bu barədə söhbətlər aparmalıdırlar. Biz öz öhdəmizə düşən işi yerinə yetirməyə başlamışıq”.

Bunu Publika.az-a açıqlamasında 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.

Baş həkim bildirib ki, artıq sahə həkimlərinə də bu barədə məlumatlar verilib və aidiyyəti üzrə elanlar vurulub: “İnsanlar bilməlidirlər ki, bütün bunlar onların sağlamlığı üçündür. Vaksinasiya olunmaq lazımdır. Qorxuya heç bir əsas yoxdur. Mən də vaksinasiya olunmuşam və özümü çox yaxşı hiss edirəm. Hər bir baş həkim öz işçilərinə örnək olmalıdır. Ona görə də birinci özümdən başladım. İlk olaraq 50-64 yaş arası və 65 yaşdan yuxarı şəxslər qrafik üzrə vaksinasiya ediləcək. Sadə vətəndaşlara bildirmək istəyirəm ki, bütün bunlar sizin sağlamlığınız üçündür, gəlin, vaksinasiya olunun. Onsuz da ürək əməliyyatı keçirməyənlər, qan xəstəlikləri olmayanlar, dördüncü dərəcəli onkoloji problemi olmayanlar vaksinasiya edilir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm