Sosial
“BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?
Son günlər ödəniş terminallarında “BakıKart”larla bağlı müəyyən problemlər yaşanır. Daha doğrusu, çətinlik əsasən pul yükləmələrilə bağlıdır. Adıçəkilən problem isə daha çox “MilliÖn” və “BakıKart” ödəmə terminallarında yaşanmaqdadır.
Publika.az xəbər verir ki, paytaxtın “Nərimanov”, “Memar Əcəmi”, “20 Yanvar”, “Azadlıq prospekti” metrostansiyalarının yaxınlığındakı “MilliÖn” ödəniş terminallarında bu kimi problemlər analoji hal alıb. Səhər və axşam çağlarında evdən işə, işdən evə tələsən vətəndaşlar gedişhaqqı kartlarına pul yükləməkdə çətinlik çəkirlər.
Bəs problem nədən qaynaqlanır?
Bəzi ödəniş terminallarında həm dəmir, həm də kağız pullar aparatlar tərəfindən tanınmır. Bir sıra aparatlar isə kağız nominallardan fərqli olaraq dəmir pulları qəbul edir. Bu da öz növbəsində insanlarda həm çaşqınlıq, həm də narahatlıq yaradır.
Məsələ ilə bağlı “MilliÖn” ödəmə nöqtəsinin *0010 qaynar xətti ilə əlaqə saxladıq. Müəyyən müddət xətdə gözlətdikdən sonra bildirdilər ki, yaranmış problemin ciddi narahatlıq üçün əsası yoxdur. Operatorun sözlərinə görə, bir neçə gündür ödəmə nöqtələrində yaranmış problemlərdən xəbərsizdirlər.
“MilliÖn” əməkdaşı problemin texniki nasazlıqla əlaqəli ola biləcəyini dedi. Üstəlik, qeyd olunan ödəmə nöqtələrinin ünvanlarının qeydiyyatı götürüldü və haqqında bəhs olunan ödəmə aparatlarına ən qısa zamanda baxış keçiriləcəyi, problem varsa, qısa zamanda aradan qaldırılacağı bildirildi.
Ümid edirik ki, “BakıKart”lar, daha doğrusu, pul yükləmələri ilə bağlı problem qısa zamanda öz həllini tapacaq.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
