Sosial
İki oğlu “itkin düşən” ana ruhi xəstə imiş - Professor ÜZR İSTƏDİ
Hövsanda yaşayan və iki oğlunun itkin düşdüyü iddia olunan Rəna Kazımova əslində ruhi xəstə imiş.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor, hazırda şəhid ailələri və qazilərlə bağlı yardım kampaniyaları və araşdırmalar aparan Fərhad Mehdiyev qeyd edib.
“Rəna Kazımova haqda dünən gecə bir status paylaşmış, şəhidlərə və şəhid ailələrinə verdiyimiz dəyərdən dolayı bu olaydan narahatlıq keçirmişdik. Lakin məsələyə ictimai diqqət artdıqdan sonra qadının ruhi xəstə olduğu və ictimaiyyəti yanıltdığı məlum oldu. Yəni bu cür itkin düşmüş iki oğlumuz yoxdur”, - Mehdiyev bildirib.
F.Mehdiyev belə itkinlərimizin olmadığına görə sevindiyini bildirib və narahat etdiyi üçün hər kəsdən üzr istəyib:
“Həm də hər birinizə təşəkkür edirəm ki, şəhid mövzusuna həssaslıqla yanaşırsınız. Əsas odur ki, biz şəhid ailələrinə və qazilərimizə heç vaxt biganə qalmırıq - xalq, vətəndaş və dövlət olaraq”.
Qeyd edək ki, bu gün Mətbuat Şurası məsələ ilə bağlı bəyanat yayaraq Rəna Kazımovanın ümumiyyətlə övladının olmadığını bildirib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)


















.jpg)
.jpg)

