Sosial
Özəl xəstəxanalarda müalicə olunmaq istəyən hərbçilərimizin istəyi nəzərə alınır - Elvin Hüseynov
Vətən müharibəsində xəsarət alan hərbçilərimizin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılır.
Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, yaralı hərbçilərimizin pre-reabilitasiya müddəti ərzində psixoloji vəziyyətləri də yoxlanılır:
“Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumatlar verirlər. Qoyulan diaqnozlara əsasən qazilər üçün zəruri olan müalicə metodları barədə onlara məlumat verilir. Əgər qazilərimiz hansısa özəl xəstəxanada, hər hansı həkim tərəfindən əməliyyat olunaraq daha tez sağlamlıqlarına qovuşacaqlarına inanırlarsa, bu məqam nəzərə alınır. Biz həmin tibb müəssisəsi ilə müqavilə bağlayırıq və qazimizin həmin tibb müəssisəsində müalicəsini təşkil edirik. Elə qazilərimiz var ki, özəl xəstəxanada əməliyyat olunmaq istəyirlər. Bu cür vəziyyətlərdə onların istəkləri nəzərə alınır və ona uyğun tədbirlər görülür. Müxtəlif cərrahi prosedurlar - ayaq və qolda ağır zədələnmələr səbəbindən yaranan fəsadlar, ortopedik əməliyyatlar, bel nahiyyəsində əməliyyatlar və digər ağır xəsarətləri olan qazilərimizin istəklərinə uyğun olaraq özəl xəstəxanalarda müalicələri həyata keçirilir”. (trend)
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub






.jpg)



.jpg)























.jpg)



