Sosial
Bakıda küçələrdə yatan yaşlı kişi xəstəxanaya aparıldı - FOTO
"Fotolarda Akif dayıdır. Barəsində sosial şəbəkədə paylaşılmışdı. Onun Xətai rayonu ərazisində küçədə yatdığı, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd edilirdi. Xəbər tutduğumuz andan proses başlandı. Xətai rayonu üzrə filial əməkdaşlarımızla birlikdə əraziyə yollandıq".
Publika.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
O qeyd edib ki, Akif dayı daha əvvəl də elə Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisənin sakini olub: "Sonradan öz istəyi ilə sığınacaqdan ayrılıb. Akif dayıya sığınacağın qapısının hər zaman açıq olduğunu bildirdikdə dedi ki, indi onun əsas ehtiyacı ayağındakı ağrıdan qurtulmasıdır, gəzməkdə çətinlik çəkir. Təəssüf ki, sığınacağa yerləşdirilərək sonra oradan lazımi tibbi müəssisəyə göndərilmə təklifimizi qəbul etmədi. Prosesə sürətli müdaxilə üçün Təcili Tibbi Yardım əməkdaşlarını dəvət etdik. Yenidən harayasa getməkdən imtina etsə də, Akif dayını razı sala bildik. Beləliklə, aidiyyatı üzrə müalicə alması üçün tibb müəssisəsinə aparıldı. Müalicənin ardından Akif dayının razılığı olarsa, sığınacaqda yerləşdirilməsini təmin edəcəyik. Orada isti yer və gündəlik 3 dəfə qidalanma ilə təmin ediləcək. Sığınacağın digər sakinləri kimi".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
