Sosial
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Bu il ərzində Azərbaycanda məcburi əməyin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirilib.
Bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə hesabatında deyilir.
Qeyd olunur ki, pandemiya şəraitində məşğulluq proqramı çərçivəsində 100 min nəfərin işlə təmin olunması 12 min ailənin özünəməşğulluq proqramlarına cəlb ediməsi vətəndaşların məcburi əməyin qurbanına çevrilməsi riskini xeyli azaldıb.
Monitorinqlər zamanı 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işləməsi aşkar olunub və bununla əlaqədar işə götürən bir təşkilat barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib, 4-ü inzibati qaydada cərimələnib.
Hesabat ilində əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə cəmi 5 məcburi əmək faktı müəyyən edilib. Bu cinayətlərin 9 qurbanının ölkə daxilində kənd təsərrüfatı sahəsində istismar edildiyi məlum olub və hər bir fakt üzrə istintaq aparılaraq təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin edilib. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
