Sosial
“İMZA”nın idarə heyətinin toplantısı keçirildi - FOTO
“İMZA” - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin idarə heyətinin toplantısı keçirilib.
Publika.az-a Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə yığıncaqda əsas diqqət İMZA İB-nin fəaliyyət planına uyğun olaraq nəzərdə tutulmuş layihələrin, müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsinə yönəldilib. Cari məsələlərin qısa müddətdə həlli məqsədi ilə addımlar atılacağı, bu istiqamətdə əsas diqqətin beynəlxalq və yerli əhəmiyyətli tədbirlərə yönəldiləcəyi haqqında ətraflı məlumat verən İctimai Birliyin sədri Xəyyam Əsgərov bildirib ki, bütün bu tədbirlərin qayəsində dayanan əsas amal hər zaman vətəndaşın yanında olan dövlətimizə dəstək verməkdir. Beynəlxalq tədbirlərin keçirilməsi isə vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları təbliğ etmək, ölkəmizin işğaldan azad edilmiş torpaqlarında başlatdığı abadlıq-quruculuq işlərinə dünya birliyinin diqqətini yönəltməkdir. Sədr vurğulayıb ki, bu gün Azərbaycana böyük diqqət və maraq olması ilə yanaşı, ölkəmizin nailiyyətlərini, xüsusi ilə də Vətən müharibəsində qazandığı böyük qələbəni gözü götürməyən, zəfərimizə kölgə salmaq istəyən mariqinal, anti-Azərbaycan, maliyyəsi düşmən erməni lobbisindən gələn ünsürlər dövlətimiz əleyhinə öz qara piarlarını davam etdirirlər. İMZA-çılar 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə olduğu kimi bu gün də öz fəaliyyətləri ilə Azərbaycan əleyhinə yönəldilmiş çirkin kampaniyaların iç-üzünün açılmasında öz səylərini davam etdirir, həqiqətləri yerli və beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırırlar.
X.Əsgərov deyib ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın atdıqları hər bir addımın, o cümlədən qəbul etdikləri hər bir qərarın qayəsində vətəndaşımıza xidmət etmək məqsədi dayanır. Ona görə də biz İMZA-çılar da öz işimizi məhz xalqımıza hər platformada, hər fürsətdə ən yüksək səviyyədə xidmət etmək prinsipi üzərində qurmuşuq. Yaxın perspektivdə atılacaq addımlarda, görüləcək tədbirlərdə bu amallarımız bir daha öz əyani təsdiqini tapacaq. Çünki, bizim gücümüz birliyimizdədir!
Sonra idarə heyətində təmsil olunan sədr müavinləri Nazim Bayandurov və Günel Məmmədhəsənova, Cənub Regional nümayəndəliyin rəhbəri Xəyal Bəşirov, həmçinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli müzakirə olunan məsələlər haqqında öz rəy və təkliflərini bildiriblər. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün atılacaq addımlar müzakirə edilib və bununla əlaqədar zəruri qərarlar qəbul edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





