Sosial
Yüzlərlə qazi və şəhid ailəsinə böyük diqqət
"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Qarabağ Seyid Ocaqları ilə birgə xeyriyyə aksiyasını davam etdirir.
Publika.az xəbər verir ki, budəfəki aksiya 28 may Respublika Günü münasibətilə həyata keçirilib.
"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliynin sədri Sevinc Əzimbəyli aksiyanın 200 nəfərdən artıq qazi, şəhid, habelə aztəminatlı ailəni əhatə etdiyini bildirib: "Respublika Günü münasibətilə reallaşdırdığımız aksiya çərçivəsində ərzaq paketləri aztəminatlı, qazi, habelə şəhid ailələrinə paylandı. "Cənnət" ət məhsulları şirkətinin dəstəyilə həyata keçirdiyimiz aksiya çərçivəsində yardım hədiyyələri hər dəfə olduğu kimi, bu dəfə də əsl haqq sahiblərinə çatdırıldı. Göstərdikləri dəstəyə görə bu şirkətə, habelə dəstək olan digər dostlara təşəkkürümü çatdırıram".
Qazilərlə görüşdə "Qarabağın Fatehi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu şanlı tarixi Siz yazdınız" deyən S.Əzimbəyli bildirib ki, belə xeyriyyə aksiyaları ilə məqsədləri dövlətimizin bu sahədə gördüyü nəcib işlərə azacıq da olsa, dəstək verməkdir.
Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli belə aksiyaları mütəmadi olaraq keçirdiklərini qeyd edib. C.Əzimbəyli Vətənimizin bütövlüyü uğrunda qanından, canından keçən qazi, şəhid ailələrinə daim minnətdar olduqlarını bildirib. O, haqq sahiblərinə hər zaman dəstək olacaqlarını, onların heç vaxt unudulmayacağını söyləyib.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ

















.jpg)


















