Sosial
Vətən müharibəsi qazisinin problemi həll olundu - VİDEO
Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, “N” saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Kiçik çavuş Qəhrəmanlı döyüşdən yaralı əsgəri çıxararkən mərmi partlayışı zamanı yaralanıb. Yaqub Qəhrəmanlı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
“Azəriqaz” İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, qazi bu günlərdə fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib. Şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran Birlik tərəfindən qısa bir müddət ərzində onun müraciəti də təmin olunub.
Qeyd edək ki, feysbuk sosial şəbəkəsi vasitəsilə həm Birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və ilk növbədə qazi, şəhid, aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
