Sosial
Bu sahələrdə işləyənlərin NƏZƏRİNƏ! İş prosesi dayandırılmalıdır - VİDEO
Ot biçənlər, yol çəkənlər, kanalizasiya borularını təmir edənlər...
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu işçilər hər gün açıq havada eyni iş qrafiki ilə fəaliyyət göstərirlər.
Bu günlərdə hava şəraitinin isti keçməsi açıq havada çalışanların işini xeyli çətinləşdirib.
Gündəlik yüksək temperatur altında çalışan işçilər bildirirlər ki, çox isti olduğu zaman ya otaqlarına çəkilirlər, ya da ağacların altında bir müddət istirahət edirlər.
Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir.
Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyir ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir. Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir.
Vüsal Məmmədov onu da qeyd edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)





























