Sosial
Azərbaycanda sərt karantinə hazır olmalıyıq - Professordan QORXUNC XƏBƏRDARLIQ
"Delta" ştammı olduqca təhlükəlidir. 12-20 yaş arası uşaqlarda da buna rast gəlinir. Koronavirusun bu variantının gizli dövrü artıq 7 gün deyil, 3 gündür. Buna görə də xəstəlik tez aşkar olur. Artıq 98 ölkədə bu qeydə alınıb, artım və yoluxma davam edir. Qonşu ölkələrdə "Delta" ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq.
Bu sözləri Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
A.Qeybullanın sözlərinə görə, "Alfa" ştammı ilə müqayisədə "Delta" variantı 1,85 dəfə daha yoluxucu hesab edilir: "Delta" ştammı "Sars-Cov-2"nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Əsas əlamətlərdən bir halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir".

Professor bildirib ki, dünyada dördüncü dalğanın qarşısının alınması üçün xeyli işlər görülür: "ÜST-nin təsdiqlədiyi vaksinlər "Delta"ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinklərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Artıq Azərbaycanla qonşu olan ölkələrdə də - Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda bu ştamm tapılıb. Hesab edirəm ki, Azərbaycan bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Çünki restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq".
Akqabay Mıradov
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi




































