Sosial
“Patı” DƏHŞƏTİ: bir neçə qəbuldan sonra sürətli qocalma başlayır və...
“Patı” və ya “şüşə” adı ilə yayılan narkotik (metamfetamin) əslində nədir?
Amfetamin 1887-ci ildə Almaniyada rumıniyalı kimyaçı Lazar Edeleanu tərəfindən fenilizopropilamin adı verilərək sintez edildi. Əvvəl belə hesab edirdilər ki, Noradrenalin və Adrenalin kimi təsir göstərir. Sonra vəziyyətin əslində daha mürəkkəb olduğu aydınlaşdı. Dərmanı qəbul edən adamlarda əvvəlcə qüvvə əmələ gəlir, yemək istəmir, əksinə, bütün günü hərəkət etmək istəyir, müsbət emosiya yaranır, özünü olduqca xoşbəxt hiss edir. İlk vaxtlar Amfetamindən arıqlamaq, burun tutulması və depressiyanı müalicə məqsədilə istifadə edilmişdi. Amma hər şey bu qədər ideal alınmadı. Bir neçə dəfə qəbuldan sonra insan bu maddədən asılı vəziyyətə düşürdü.
Publika.az xəbər verir ki, bu barədə Avropa Nevrologiya Akademiyasının üzvü, həkim-nevroloq Qalib Əsədov danışıb. Ekspert bildirib ki, XX əsrin ortalarında Amfetamindən yorğunluğu aradan qaldırmaq üçün psixostimulyator kimi istifadə etməyə başladılar. İkinci Dünya müharibəsi illərində ABŞ və Almaniya ordusu Amfetamini yorğunluq yaranmasın deyə öz əsgərlərinə şokolada qatıb verirdi:
“İkinci Dünya müharibəsindən sonra isə Amfetamini idmançılar qəbul etməyə başladı. İş o yerə çatdı ki, uzun məsafələrə qaçış zamanı yorğunluq hiss etməyən idmançılar elə yarışdaca ölürdü. Bundan sonra Amfetamin narkotik maddə kimi qadağan olundu.
.jpg)
Bundan sonra Amfetamin diskotekalarda özünə yer tapdı və hələ də orada yaşayır: Elə “Patı” sözü ingilis dilində “Party” sözündən götürülüb. Bu preparatı qəbul edənlər səhərə qədər yorulmaq bilmədən rəqs edirlər.
Bu maddələrdən asılılıq zamanı orqanizm az müddət ərzində tükənir və sürətli qocalma, ölüm baş verir. Beyində geridönməz proseslər yaranır. İnsan artıq əvvəlki mənliyini, şəxsiyyətini, ləyaqətini itirir. Müalicə isə demək olar ki, çox az hallarda effekt verir. Ona görə də bu maddələri hətta “prob” etmək belə təhlükəlidir. Çünki bir dəfə dadına baxdıqdan sonra beyin elə formatlanır ki, sən o sən deyilsən...”
Həkim valideynlərə çağırış edib: “Valideynlər, övladlarınıza nəzarət edin, məhv olmağa qoymayın, narkobaronların maddi mənafeyinə qurban verməyin! Bircə doza qəbul etməsi kifayətdir ki, bütün gələcək həyatı məhv olsun!”
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





