Sosial
Qazimiz əvvəlki iş yerinə bərpa edildi
Vətən müharibəsinin iştirakçısı, qazi Elxan Kərimov müharibədən öncə qəbul olduğu iş yerinə bərpa edilib.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edək ki, Elxan Kərimov 1998-ci ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. Onun ən böyük arzusu vətəninin ərazi bütövlüyünə qovuşması və 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan dayısı İxtiyar Məmmədovun qisasını almaq olub. İllərdir gözlədiyi gün ötən ilin sentyabrın 27-də Vətən müharibəsinin başlamasına təsadüf etdi. O, oktyabrın 9-u döyüşlərə yollanıb və ilk döyüş yolu Füzulidən başlayıb, daha sonra Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
2019-2020-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzindən “Qazla kəsən” peşəsi üzrə məzun olub. Kursu bitirdikdən sonra o, işə qəbul olunmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin sərəncamına göndərilib. Lakin həmin dövrdə hərbi xidmətə çağırıldığından Vətən müharibəsində iştirak etdiyi dövrdə Birlik tərəfindən onun üçün ayrılmış yer saxlanılıb. Ordu sıralarından tərxis olduqdan sonra Birliyin Təmir-Tikinti İdarəsinin 1 saylı təmir-quraşdırma sahəsində 4-cü dərəcəli “Qazla kəsən” peşəsinə işə qəbul edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)