Jurnalistlər üçün tikilən binanın şəhid və qazi ailələrinə verilməsini təklif edən deputatdan AÇIQLAMA
Bizi izləyin

Sosial

Jurnalistlər üçün tikilən binanın şəhid və qazi ailələrinə verilməsini təklif edən deputatdan AÇIQLAMA

“Jurnalist yalanın yenilik, xüsusən də yaxşı mükafatlandırılan yenilik ola bilmədiyini həmişə xatırlayaraq, hər şeydən əvvəl həqiqəti danışmalıdır. Jurnalist gerçəkliyi təhrif etməkdənsə, sussa yaxşıdır. Bu sənətin sahibləri intellektual inkişafı ruhlandırmalı, heyvani və hissi ehtiraslara yol verməməlidir”.

Publika.az xəbər verir ki, Nobel mükafatı laureatı, böyük ispan yazıçısı Kamilo Xose Selaya aid olan bu sözləri millət vəkili Etibar Əliyev sosial şəbəkədə yazıb.

Jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələri və qazilərə verilməsi təklifi ilə çıxış etməsi və müzakirələrə yol açmasından sonra millət vəkili təklifini dünya şöhrətli yazıçının dili ilə izah etməyə çalışıb:

“Jurnalistlərin mənzil məsələsi ilə bağlı yazdığım status geniş müzakirələrə səbəb oldu. Haqqı olan jurnalistlərimizdən bu yazını oxumağı rica edirəm.

Müasir jurnalistikada kiçik istisna ilə ədəbi və qeyri-siyasi mövzulardakı düşüncə məqalələri artıq yoxa çıxmaqdadır. Nöqsanla verilmiş, ehtiras çalarlı yenilik jurnalistika janrlarının bütün zənginliyini əvəz edib. Öz fərdiliyini gizlətmək, dürüst, sadə, aydın və dilə maksimal hörmət etməklə məqalələr yazmaq jurnalistin məqsədi olmalıdır. Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır. Jurnalist olmağa çalışan siyasətçi zalıma çevrilir, çünki jurnalistlər böyük gücə malikdirlər. Həqiqət vahid və daimi ola bilməz- həyat və onun dəyişiklikləri həddən artıq mürəkkəbdir. Nəşriyyatların və istedadsız jurnalistlərin səhv siyasəti üzündən İspaniyada 110 qəzet çıxır. Onları üç milyon nəfər oxuyur. Böyük Britaniyada isə 100 qəzet nəşr olunur, onların iyirmi bir milyon nəfər oxucusu var. Qəzetlərin oxunmamasının səbəbi televiziya və radionun auditoriyanı qoparıb alması ilə yox, jurnalistlərin pis yazması ilə bağlıdır. Məqalələr mürəkkəb və maraqsız alınır, sanki ölü dildə yazılmış olur. Oxucuya real baş verəni, ona yaxın, həqiqi xəbərləri, fərqli fikirlər doğuran mülahizələri vermək lazımdır. Qəzet jurnalistlərin balasıdır və yalnız onlar qəzetin taleyinə görə cavabdehdirlər”.

Məlumat üçün bildirək ki, Etibar Əliyev jurnalistlərin adına tikilən 3-cü binanın ehtiyacı olan şəhid və qazi ailələrinə verilməsini təlif edib. O qeyd edib ki, ölkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib və bu jurnaist keyfiyyətini əsla dəyişməyib... Eyni zamanda alimlərə heç belə qayğı göstərilmədiyini deyib. Alimlərin bir binasındakı evlərin əksəriyyətini AMEA-nın keçmiş prezidenti Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt etdiyini də dilə gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm