Sosial
Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunacaq? - RƏSMİ
Bərbərxana və gözəllik salonlarına giriş üçün müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.
Publika.az xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Bu qərar bərbərxana və gözəllik salonlarına aid deyil. Yəni, bu obyektlərə daxil olan müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq.
Qeyd edək ki, ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
Qərar əsasən isə bərbərxana və gözəllik salonlarında çalışan şəxslərin 1 sentyabrdan azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. (trend)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazana bilərsiniz
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
-
İqtisadi gündəm1 Sentyabr 20:48Qızıl kəskin ucuzlaşdı
-
Magazin11 Sentyabr 20:36Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - VİDEO
-
Sosial1 Sentyabr 20:24Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır









.jpg)










.jpg)




.jpg)










