Sosial
AQTA şadlıq sarayında ciddi nöqsanlar aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının İsmayıllı rayonunda fəaliyyət göstərən "Damla” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
AQTA-dan Publika.az-a verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.
Həmçinin pandemiya dövrünün tələblərinə əsasən xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi










.jpg)



















.jpg)


.jpg)
