Sosial
Sabiq icra başçısının koronavirusa yoluxduğu təcridxana karantinə alındı
Ədliyyə Nazirliyinin Astara Müvəqqəti Saxlama Təcridxanası karantinə götürülüb.
Bu barədə Trend-ə açıqlamasında təcridxanada koronavirusa yoluxan, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin vəkili məlumat verib.
O bildirib ki, Mahir Quliyev koronavirusa yoluxandan sonra təcridxana tam olaraq karantinə götürülüb.
Xatırladaq ki, M.Quliyev adıçəkilən istintaq təcridxanasında koronavirus infeksiyasına yoluxub. Vəziyyəti ağırlaşan sabiq başçı Gömrük Hospitalına köçürülərək süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.
Mahir Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı


























.jpg)













