Sosial
FHN Bakıda mehmanxananın fəaliyyətini dayandırdı - VİDEO
Xətai rayonu ərazisində fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,
- mərtəbələrdə quraşdırılan daxili yanğın kranlarının bir neçəsi şlanq və lülələrlə komplektləşdirilməyib, yanğın xətlərinin təzyiqli su ilə qidalanması təmin edilməyib;
- obyektdə quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tələb olunan səviyyədə fəaliyyət göstərməsi təmin olunmayıb;
- taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması həyata keçirilməyib;
- təxliyə qapılarının qaydalara uyğun işlək vəziyyəti təmin olunmayıb;
- təxliyə yolları hərəkətə maneə törədən əşyalarla tutulub və işıqlandırılan istiqamətverici nişanların qaydalara uyğun quraşdırılması təmin edilməyib;
- yanğın zamanı insanların təhlükəsiz şəraitdə təxliyəsi üçün obyektin bayır hissəsində mövcud təxliyə pilləkəni yanğına qarşı norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb;
- elektrik naqilləri “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun quraşdırılmayıb, elektrik sisteminə profilaktik baxış keçirilərək yanğına qarşı vəziyyəti dəyərləndirilməyib;
- mətbəxdə quraşdırılan sorucu çətir və borular yanğın əmələ gətirə biləcək yağ qalıqlarından təmizlənməyib;
- mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- mətbəxə daxil olan qaz xətti daxili divarların üzəri ilə, yivli birləşmələrdən istifadə edilməklə çəkilib və s.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarı zamanı baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
