Sosial
"Metro City"dəki yanğın nədən başladı: qısaqapanma, yoxsa qəsd? - Zərərçəkənlər DANIŞDI
Bu gün səhər saatlarında Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən "Metro City" ticarət mərkəzində və onun ətrafında güclü yanğın qeydə alınıb.
Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, zərərçəkənlər yanğının qəfildən başladığını bildirib.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Zərərçəkənlər isə yanğının qısaqapanmadan baş verməsinə inanmırlar. Onların sözlərinə görə, gecə işıqların hamısı "rubilnik"dən söndürülür. Onlar yanğın nəticəsində 40-50 arası mağazanın yanaraq külə döndüyünü deyib.
.jpg)
Uşaq paltarları satan zərərçəkmiş Gülzarə Eyvazova isə bildirib ki, ona məxsus 60 mindən çox dəyəri olan məhsula zərər dəyib. O bildirib ki, mağazada ancaq uşaq geyimləri olub: "Hamısı nisyə götürülmüşdü. Hər şeyimiz yanıb kül oldu. Mağazadan dünən axşam cəmi 700 manat pul götürə bilmişəm. Pullar adətən mağazada qalırdı, dünən pulu götürdüm. Elə bil ürəyimə dammışdı.
.jpg)
Gecəni narahatlıqdan yata bilmirdim. Səhər də bu hadisə oldu. Biz də yanğından sonra xəbər tutduq. Buranın müdiri Füzuli müəllim yoxa çıxıb. Onu axtarıram, tapa bilmirəm. Ancaq yerpulu almağı bilirlər, amma mallarımızı qoruya bilmədilər".
Zərərçəkən Ramin Məmmədov isə bildirib ki, ona təxminən 35 min manata yaxın ziyan dəyib:

"Kişi geyimləri satırdıq. Yanğın vaxtı burada deyildik. Binə Ticarət Mərkəzinə mal gətirməyə getmişdik. Hər şey külə döndü. İkitərəfli ticarət mərkəzi idi. Heç nə çıxarmaq mümkün olmadı. Biz də indi çatmışıq".
Tural Turan
Fotolar: Ceyhun Rəhimov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





