Sosial
Kürdəmirdə bir sıra yeməkxanalarda nöqsanlar aşkarlandı - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kürdəmirdə təşkil etdiyi reyd çərçivəsində yeməkxana kimi fəaliyyət göstərən bir sıra obyektlərə baxış keçirilib, nöqsanlar aşkar edilib.
Publika.az xəbər verir ki, Agentliyin Şamaxı Regional Bölməsi tərəfindən Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsi boyunca yerləşən yeməkxanalara baxış keçirilib. Mətbəxlərin vəziyyəti, qidaların hazırlanma və saxlanma normaları analiz edilib. Yoxlamalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozuntusu aşkarlanıb. Əksər yeməkxanalarda çiy və bişmiş qidaların eyni yerdə saxlanması, mətbəxlərdə isti və soyuq su şəraitinin olmaması, tullantı qablarının ağzı açıq saxlanılması əksər obyektlərdə müşahidə edilən hallardan olub. Ət və süd məhsullarının hansı təsərrüfata aid olması, həmin təsərrüfatın sağlam olması haqqında arayışlar yoxlamaya təqdim edilməyib.
Qeyd edilir ki, reyd çərçivəsində yol kənarlarında fəaliyyət göstərən 5 yeməkxanaya baxış keçirilib, onlardan 3-də gigiyena qaydalarının kobud şəkildə pozulması, həmçinin işçilərin tibbi müayinəyə cəlb edilmədiyi müəyyən olunub.
Reyd zamanı aşkar edilən nöqsanlar barədə qanunvericilik tələbləri daxilində tədbir görülüb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
