Sosial
2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib - Nazir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında cari ilin 9 ayında görülən işlər, postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.
Qurumdan Publika.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il bundan əvvəl Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfəri qeyd edib.
Nazir bu tarixi Qələbənin xalqımızda sonsuz qürur hissi yaratdığını vurğulayıb.
Vətən müharibəsindən sonra Prezidentin tapşırığı ilə böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur.
S.Babayev bildirib ki, şəhidlərin ailə üzvləri və qazilərlə bağlı icra olunan sosial dəstək proqramları daha da genişlənəcək.
O qeyd edib ki, mühüm bir dəstək istiqaməti olaraq Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. Şəhid ailələrinin üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyini qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.
Bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək.
2021-ci il üzrə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onlardan artıq 13 min şəxs proqrama cəlb olunub. Özünüməşğulluq proqramına şəhid ailələri və qazilərin cəlb edilməsi xüsusi qeyd edilə bilər. Vətən müharibəsindən sonrakı bir ildə bu kateqoroyadan olan 5500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Sosial sahədə elektronlaşma proqramı uğurla icra olunur. Nazirliyin elektron xidmətlərinə 2021-ci ilin 9 ayında 11,5 milyon müraciət qeydə alınıb. Bu gün Nazirlik üzrə 170 xidmətdən 105-i e-sistemlər üzərindən, o cümlədən 44 e-xidmət proaktiv qaydada göstərilir. Hazırda Nazirlik üzrə daha 56 xidmətin də elektronlaşdırılması işləri aparılır. Həmçinin bu ilin yanvar-sentyabr aylarında Nazirliyin fəaliyyət sahələri üzrə olan 30 e-arayış xidməti vasitəsilə 465 min e-arayış verilib.
İclasda bir sıra peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.
Nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyinin cari ilin 9 ayına dair fəaliyyətinə, habelə sosial müdafiə, pensiya və sosial təminat, təhlil, strateji planlaşdırma və digər aidyyəti sahələrdə aparılmış işlər barədə məruzələr edilib. Qeyd olunan istiqamətlərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar