Sosial
Mənə gülürdülər ki... - Misir Mərdanov
"43 ilə yaxındır ki, müxtəlif dövlət vəzifələrində çalışmışam. Həmişə rejim saxlamışam. Bu yaşımda hər gün orta hesabla 11 kilometr sürətlə gəzirəm. Artıq 11-ci ildir ki, bağımda yaşayıram. İdman formasında səhər 5 kilometr, gündüz bir az, axşam da 5 kilometr gəzirəm".
Publika.az xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov "Göstərir radio" verilişində deyib.
"Bütün həyatım boyu işdə evdən götürdüyüm yeməklə qidalanmışam. Hər gün səhər tezdən həyat yoldaşım mənə xüsusi yemək hazırlayır. Bəzi adamlar əvvəllər mənə gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür. Mən isə hesab edirəm, bu, normal bir haldır. Bu gün də günorta yeməyimi işdə yeyirəm. Harasa gedib vaxt itirmirəm. Yeməyi yeyəndən sonra bir az istirahət edib, işimə davam edirəm. Hazırkı işimdə mənə qəribə baxırlar ki, heç dincəlmirəm, bütün gün kompüter arxasındayam, yazıb-pozuram. Ancaq mən bundan zövq alıram. Səmimi deyirəm, həyatımda boşluq yoxdur", - sabiq nazir qeyd edib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)

















.jpg)

.jpg)