Sosial
Küçədə qalan qadınla bağlı rəsmi açıqlama - VİDEO
Ötən gün "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 51 ünvanında əlil arabası və əşyaları ilə birlikdə küçədə qalan qadın haqqında məlumat yaymışdı.
“Dünən mənə göndərilib bu fotolar. Qadını ayda bir neçə dəfə gətirib günlərlə bu qapının qarşısına qoyurlar. Məlumata görə, qadın həm də əlilliyi olan birisidir. Hazırda bildirilənə görə, qeyd etdiyim ünvandadır və neçə gecədir orda gecələyir” - K.Ağazadə qeyd edib.
Sözügedən şəxsin durumu ilə bağlı Publika.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, həmin şəxs barədə Sosial Xidmətlər Agentliyinə məlumat daxil olduğu andan etibarən, agentliyin əməkdaşları tərəfindən onun axtarışı və ehtiyaca uyğun olaraq Agentliyin aidiyyatı müəssisəsinə yerləşdirilməsi barədə proses başlayıb: “Məlum oldu ki, haqqında danışılan qadın Ucar şəhərində qeydiyyatda olan Məlahət Əsgərzadədir. Əməkdaşlarımız Məlahət xanımla söhbət apararaq problemi və küçədə qalma səbəbi ilə maraqlanıblar. Ona ünvanlanan suallara dolğun cavablar verməsə də, məlum olub ki, qadının övladlarından biri Bakıda yaşayır.
Məlahət Əsgərzadə əməkdaşlarımıza və əraziyə dəvət olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına övladlarının əlaqə nömrəsini təqdim etməyə, həmçinin onlarla əlaqə qurmağa etiraz edərək, tək yaşamaq istədiyini bildirib.
Vətəndaşa hüquqları izah edilərək, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, razılığı olacağı təqdirdə onun Sığınacağa yerləşdirilməsinə lazımi dəstək göstəriləcək.
Ancaq təəssüf ki, Məlahət xanım müəssisəyə getmək istəmədiyini bildirərək etiraz edib, bütün cəhdlərimizə mənfi reaksiya verib”.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
