Sosial
Evi söküldüyü iddia edilən qazinin məsələsinə aydınlıq gətirildi
Qarabağ qazisi, Saatlı rayonunun Mustafabəyli kənd sakini Əliyev Hüseyn Siran oğlunun evinin söküldüyünə dair iddialar yayılıb.
Publika.az xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyəti bu iddialara aydınlıq gətirib.
Saatlıq RİH-dən bildirilir ki, bu məsələ ilə əlaqədar aidiyyəti üzrə xidməti araşdırma aparılıb: “Müəyyən olunub ki, Əliyev Hüseyn Siran oğlu təqdim etdiyi sənədlər əsasında 2012-ci ildə Qarabağ müharibəsi əlili kimi Saatlı Rayon İcra Hakimiyyətində mənzil növbəliliyinə götürülüb və bu kateqoriyadan olan şəxslərin mənzil məsələsinə baxılması üçün onların adlı siyahısı il ərzində (mənzil növbəsində dayanan şəxslərə mənzil verilməsi və ya fərdi yaşayış evi tikilməsi Saatlı Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil) aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyindən rayon İcra Hakimiyyətinə daxil olmuş 24 dekabr 2020-ci il tarixli 20830055634 nömrəli məktubda Saatlı rayonunda mənzil növbəliliyinə götürülmüş 19 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin, o cümlədən vətəndaş Hüseyn Əliyevin mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulduğu bildirilib, həmin şəxslərə kommunikasiya xətlərinə yaxın torpaq sahəsinin ayrılması, bu barədə məlumatların Agentliyə təqdim edilməsi xahiş olunub və məktubun icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə H.Əliyevin həyətyanı sahəsinə sadəcə baxış keçirilib, 25 yanvar 2021-ci il tarixli 03/184 nömrəli məktubla Agentliyə cavab məktubu ünvanlanaraq Hüseyn Əliyevin kommunikasiya xətlərinə yaxın həyətyanı torpaq sahəsinin olduğu bildirilib”.
RİH qeyd edir ki, vətəndaş H.Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı rayon İcra Hakimiyyətinə və yuxarı rəhbər orqanlara etdiyi müraciətləri əsasında məsələnin araşdırılması və müvafiq köməklik göstərilməsi üçün Saatlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 12 avqust 2021-ci il tarixli 01/1726 nömrəli məktub ünvanlanıb.
Bildirilir ki, Hüseyn Əliyevin evinin tikintisinin yarımçıq dayandırılması ilə bağlı mübahisəli məsələ Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin icraatındadır və hazırda araşdırma aparılır.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar